beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida sənə, əlvida sevgilim...

Sən getdin.. Bir zülmət qaranlıq, bir zından təkliyi, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Tək söz söyləyə bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi nəfəsi necə eşidilər?

Əlvida sənə...əlvida sevgilim..

Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç belə gərəksiz, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər ağrılı və soyuq.Güzgüyə baxıram.Güzgüdə gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənilmiş. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlanıb. Yoxluğunun əvəzi çox ağır sevgilim.

Əlvida sənə...əlvida sevgilim..

Sevinclərim, xəyallarım, ümidlərim, rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Həyatın mənası əlvida. Kimsə fərqində deyil yoxluğunun. Sənsiz nə hallarda olduğumu kimsə bilmir. Anlamır itib gedən kədərini.
Dünənə qədər ən ucasını yaşadım xoşbəxtliyin, ayaqlarımın altından itkin gedirdi torpaq, dənizlərin düzənliklərin üstündə uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə çaxıldım yerə, boşluğun içindəyəm, indi heçnəyəm. Halbuki dünyanın ən zənginiydim. Bütün çiçəklər bizim üçün açardı,meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlar idi. İndi toz tüstü içində qızğın bir çöldəyəm. İstiqamətimi yolumu çaşdım.

Sən mənsiz necəsən, bilmirəm. Rahatsanmı, xoşbəxtsənmi, bu qədər tez məni unudarsanmı?.. Necə birdən keçmiş olarsan?
Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim,dünyaya meydan oxuduğum ey sevimli hardasan? Kimləsən?.. kimlərləsən?.. Mən burada, tərk edib getdiyin yerdəyəm.

Əlvida sənə...əlvida sevgilim..


Tarix: 03.12.2014 / 18:11 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Sevgi şerləri