beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hayat..

Axşamlar restroran göylərindəki,
Hava isti olur, tüstülü olur.
Keflilər qışqırır vəhşilər təki,
Çığırtı, bağırtı ətrafa dolur.

Döngə-dalanlarda toz duman kimi,
Bağların üstünə hey lövbər salır.
Bulkaya gözləri sataşan kimi,
Uşaqlar ağlayıb fəryad qoparır.

Şlaqbaumların birbaş yanıyla,
Dünyanın işindən tamam bixəbər.
Papağı yan qoyub öz xanımıyla,
Dolaşır məzəli, kefli kişilər.

Göldən avar səsi yüksəlir bərk-bərk,
Qadın hay-harayı qalxır uzaqdan.
Göydə hər bi şeyə vərdiş edərək,
Laqeyd ay fırlanır hey zaman-zaman.

Hər axşam yeganə dostum həyatda,
Durub qədəhimdən gözümə baxar.
Şərabın gücündən, sehrindən o da,
Elə mənim kimi sakit, məst, xumar…

Qonşu stollarda qəmli, mükəddər,
Yuxula lakeylər kirpik çalarlar.
Keflilər, o dovşan gözlü keflilər,
«Həqiqət meydədir» – haray salarlar


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 192 Bölmə: Sevgi şerləri