Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüruru Neyləyirsən ?

Ömrün bahar çağında,
Qəlbə yağan qar nədir ?
Sevirsənsə,sevg ilim,
Səndə bu vüqar nədir ?

Bütün arzularına,
Zirvə mənəm, son mənəm.
Qüruru neyləyirsən ?
Sənin qürurun mənəm.

Vüqar hara, eşq hara ?
Sevənlər "men-men" deməz.
Sevənlər eşq odunda,
Əriyib itməzmi bəs ?

Vüqarınla döyüşdə,
Məhəbbətin uduzmuş.
Mənim isti göz yaşım,
Boş qürurdan ucuzmuş?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi şerləri
loading...