Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Borclu Deyildim...

Səni borclu deyildim
Bir anın vidasına
Qoruyub saxlamışdım səsini ürəyimdə
Necə qıya bilmişdin özgənin sədasına
Səni borclu deyildim...
Yagış gəldi apardı
Tufan oldu qopardı
Səni borclu deyildim
Başqasını tapardı...
Bu həsrətin qisməti ...
Coşur hiddəti qəlbin
ey sevgi əmanəti
Səni borclu deyildim...
Özgələrin ömrünə şam olmağa gəlmədin
Aman haqlı düşünmə heç qədrimi bilmədin
Səni borclu deyildim...
***
Hey içimdə ovuldun
Içimdən yıxdın məni
Sən ömürə deyilki, ömür səndə doğuldun
Bir gecədə günümə...
Gətirə bildim səni
Bu qədər kiçilməyə haqqı tapan gününnən
İtirə bildim səni
Nahaqla yurdunu uçuran sənsən
Niyə düşünmədin heç bircə dəfə
İtirə bilərsən...
Məni
Anla ömür həmdəmim
Səni borclu deyildim...
Bu sonsuz yoxluğuna
Bu yolsuz yoxluğuna
Səni borclu deyildim...
Qırıq günlər calayan
Sən getdiyin o gündən
Yetim qalıb ağlayan,
Xatirənin qəminə
Bu sitəmin dəminə...
Səni borclu deyildim...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Sevgi şerləri
loading...