beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

``___GETMƏ___``

Möhnətindən öləcəyəm MəN hər gecə,
Mənə qəmli, mənə küskün baxıb getmə.
Nə deyirsən yoxdur tabım dözüm necə?
Gözlərimdən sakit-sakit axıb getmə.


Etinasız Ürəyindən köçəcəyəm,
Bir Yuxuya bir xeyala dönəcəyəm,
Kədər Mənim, Sevinc Sənin böləcəyəm,
Məni Öldür atəşinlə yaxıb getmə.


Çəkər ürək qüssə-kədər qubarını,
Ruzigarın viran etsin baharımı,
Nağıl olsan, sonu hicran belə bitmə
Ötüb ani şimşək kimi çaxıb Getmə...


Zülmünə dözən ürək sevdi səni
Sən sevildin uzaq tutdum səndən qəmi,
Etdiklərin əzab zillət bu sitəmi
Sevgi deyil !!! Sən başıma qaxib getmə.


Divanə.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Sevgi şerləri