Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menim Sevdiyim Gozel

Mənim sevdiyim gözəl
Qara gözlərin qaçıb
Zamanın arxasınca
Qara saçların uçub,
Mən səmaya baxınca
Mənim sevdiyim gözəl
Əllərinə iz düşüb
Gözlərinə göz düşüb
Ürəyinə köz düşüb
Mənnən ayrı haçansa
Kim üçünsə yanmısan
Hərdən olub özündə
Bilirəm ki, sən məni,
Bu sevdanı danmısan
Mənim sevdiyim gözəl
Hardasa düşsə yada
Mənim itgin xatirəm
Üzünü mən tərəfə,
Mənə sarı gülümsə
Axı niyə xəyalım
Kiminsə...
Həyatından gətirsin
Şirin gülüşlərini
Bircə anlıq hər kəsdən
Gizli görüşlərini
Mənim sevdiyim gözəl
Gülümsə
Mənə sarı gülümsə...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri
loading...