beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeir Yaza Bilsəydim əgər...

Şeir yaza bilsəydim əgər...
Kağızları təsadüfi qaralayıb.Məna axtarmazdım onlarda.
Şeir yaza bilsəydim əgər... Sirr olmazdı duyğularım içimdə.
Bağlayardım gözlərimi və söyləyərdim hər şeyi.
Və gözlərim açıqkəndə saxlamazdım heç bir şeyi.
Çünki şeir izah edərdi söylənməsi ən çətin olanı.
Anlardım o zaman anlaşılmazları.
Şeir yaza bilsəydim əgər...

Şeir yaza bilsəydim əgər...
Daha çox xoşbəxt olardım.Daha çox gülərdim.
Hər duyğunun dahası olardı.Və daha çox.
Şeir yaza bilsəydim əgər...

Şeir yaza bilsəydim əgər...
Hiss edərdim və izah edə bilərdim.
İzah edərdim və hiss edə bilərdim.
Bütün şairlərə inat.Edə bilərdim inan.
Şeir yaza bilsəydim əgər...

O zaman şeirim mahnı olardı dodaqlarda...
Bəstələnməmiş bir mahnı.
Hər kəs öz bəstəsini edərdi.
Həsrətlə yanan könüllərə.Uzun illər kənarına.
Bir ahu baxışa rast olardı.
Şeir yaza bilsəydim əgər.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri