Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Resul Rza - Ayrilmayaq

Xəyalın yanımda, sən uzaqdasan
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.


Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.


Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca


Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra... Sonra yenə biz ayrılmayaq...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Sevgi şerləri
loading...