Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Ve Rushvet...

Mənə ədalətdən haqqdan danışma,
Yarın başqasına qismət olursa.
Sənin düşündüyün işıqlı yolun,
Sonunda qaranlıq zülmət olursa.
İnanma hər şirin sözə söhbətə,
Sevgi satılırsa vara dövlətə,
Belə bir sevgini gəlsin lənətə,
Ki onun sonunda nifrət olursa.
Oyan yatmış ürək oyan sən daha,
Sevgi də pulladır satılır baha,
Ümidin qalıbdır bircə Allaha,
Eşqin də sonunda rüşvət olursa.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri
loading...