beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxuram Sene Alişim.

Bu sevgi qorxudur məni...
Eh, bu qədər aldanmışam.
Silə-silə gözlərimi,
Qorxuram sənə alışam.

Qorxuram düşəm sehrinə,
Əlim elinə öyrənə.
Dilim dilinə öyrənə,
Hər yerdə səndən danışam.

Get, yarı yolda at məni,
Xəbər göndər, aldat məni,
Bulud kimi unut məni,
Elə bil narın yağışam.

Ayır məni bu şəhərdən,
Ayır qüssədən, qəhərdən.
Sənsiz qalsam küçələrdən
Çətin ki, evə yığışam.

Bu sevgi qorxudur məni,
Elə bilmə qəlbidaşam
Öpə-öpə əllərini,
Qorxuram sənə alışam...


Vahid Eziz


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi şerləri