Taleyin qisməti rast saldi bizi.
 Yolumuz hardasa qirilacaqsa,
 İtirəcəyiksə bir-birimizi,
 Xatirəm yadinda qalmayacaqsa,
 Bu əllər mənimki olmayacaqsa
 Bu tellər mənimki olmayacaqsa.
 Sən Allah ozünə oyrətmə məni 
 Hicran qoxusuyla goynətmə məni.
 Mən bir az baharli budaq kimiyəm
 Bir azda sadəlövh uşaq kimiyəm
 Bala anasina qovuşan kimi
 Leylek yuvasuna yovuşan kimi
 Arı gül-çiçəyə uyuşan kimi
 Eh məndə adama tez yovuşanam
 Sevgi atəşində tez alışanam.
 Amma ki sönməyim çox çətin olur.
 Sevgidən dönməyim çox çətin olur.
 Öyrətmə özünə, öyrətmə məni.
 Bəlkə gözləmirdik bu xoş görüşü,
 Yaman qəribədir dünyanın işi.
 Heç vaxt yollarında dayanmadığın,
 Heç həndəvərində dolanmadıgın,
 Gəlib birdən sənə nə şirin olur!
 Ömrünün içində ömür doğulur.
 Bu şirinim acı olacaq isə.
 Bir qismət çiçəyim solacaq isə.
 Öyrətmə özun,öyrətmə məni.
 Könlümdə yerin var qopmaz yerindən,
 Bir əkiz ləçəyi,haça budağı 
 Ayırmaq olmursa biri-birindən
 Mənidə ayırmaq çətindir axı.
 Öyrətmə özunə, öyrətmə məni;
 Yox buna taqətim,yox buna tabım
 Əlimi əlindən üzmək əzabım,
 Sonra bu əzaba dözmək əzabım...
 Yoxsa da,könlümün sınıqları var,
 Hicranın köz basmış yaniqları var,
 Mənim dərdlərimin ayaqları var.
 Harda olsa gəlib tapacaq məni,
 Yaxıb yandıracaq bu ocaq məni.
 Gəl məni özünə öyrətmə belə,
 Əlimi əlinə oyrətmə belə,
 Gözümü gözunə öyrətmə belə...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri