beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TANRIM BIZE AYRILIQ VER(((

Tanrım, mene rahatlıq ver,
Ovut meni!
Nigaranlıq paylayanda
bir defe de unut meni!
Sevinerem
bir az da tez alsan eger öz yanına, Son qoyular yaralanmış üreyimin
usyanına.
Çabalarım, vuruşlarım bura qeder!
Tanrım,
mene yaşamaqçün rahatlıq ver! Bir elim var -
Süfresi de ureyitek acıq elim.
Servetleri goz altında,
Torpaqları köz altinda,
Ümidleri uçuq elim!
Kim gelibse, qucağından here bir pay qoparıbdı.
Var-yoxunu hey daşıyıb aparıbdı.
Qoyma namerd merd yurdunda at
oynada,
Qıyma şehid qanlarını gede heder!
Tanrim, menim Vetenime azadlıq ver! Meni seven bir anam var!
Gozleriyle qor götürüb,
Yanıb heyat ocağında.
Bu qeder de derd olarmı,
Birce defe can eshidib yatmamışam
qucağında! İnce, zerif ureyinde qubar vardır yaşım
qeder!
Tanrim, ona teskinlik ver,
sağlamlıq ver! Bir eşqim var,
Yaranandan iten tayım...
Hem ömürlük qara sevdam,
Hem ömürlük hesret payım.
Bu dünyada yoxdu belke bizi kimi iki
tezad! Sabahımız açılmayır
dünendeki qemden azad.
Bu qismetsiz eşqimizi ne göy gizler,
Ne de ki, yer!
Adiliye öyreşmeye qoyma bizi!
Ayrı bir yol yoxdursa da Tanrım, bize ayriliq ver!
Ayrılıq ver!


Afaq Sixli


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi şerləri