beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niye Susursan.?

HƏVƏSİN BİR ÜMMAN, SAÇLARIN
TUMAR,
BİLİRSƏN EŞQİNDƏN OLMUŞAM BİMAR,
BAXIB GÖZLƏRİMƏ SƏN XUMAR-XUMAR,
SÖYLƏ, QARA GÖZLÜM NİYƏ SUSURSAN ? ÜMİDİM BİR SƏNSƏN, BİR DƏ Kİ, QƏLƏM,
SƏNİNLƏ YAŞAYIR GÖZÜMDƏ ALƏM,
ƏGƏR SƏN OLMASAN BİL Kİ, MƏN ÖLLƏM,
SÖYLƏ, QARA GÖZLÜM, NİYƏ SUSURSAN ? DİLİNDƏ QIFIL VAR, FİKRİNDƏ SUAL,
QARA GÖZLƏRİNİ APARIR XƏYAL.,
GÜLDÜR ÖZ KÖNLÜNÜ QOY GETSİN BU
HAL
SÖYLƏ, QARA GÖZLÜM, NİYƏ SUSURSAN ? MƏNİM ÜRƏYİMDƏ, QƏLBİMDƏ HƏR AN,
BU CAHAN İÇİNDƏ SƏN DƏ BİR CAHAN,
BİRCƏ CANIM VAR Kİ, İSTƏ VERİM CAN,
SÖYLƏ, QARA GÖZLÜM, NİYƏ SUSURSAN ? KÖNÜL VER KÖNLÜMƏ DAĞI GÖTÜRRƏM,
GÜNƏŞİ GÖYLƏRDƏN YERƏ GƏTİRRƏM,
İSTƏSƏN CƏNNƏTİ SƏNƏ YETİRRƏM,
SÖYLƏ, QARA GÖZLÜM, NİYƏ SUSURSAN ?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri