beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Səni Sevməyə Məhkum Edildim

Sən acı taleyim qüssə kədərim
Mən səni sevməyə məhkum edildim
Bu hökmü oxudu mənə qədərim
Mən səni sevməyə məhkum edildim

Ey sevinc ömrümü qəmə çevirən
Bu zil kökümü bəmə çevirən
Ey mənli dünyamı sənə çevirən
Mən səni sevməyə məhkum edildim

Bu sonsuz həsrətin ömürlük cəzam
Əbədi sən olmağa məhkum mən varam
Mən ölum hökmünü istərdim alam
Mən səni sevməyə məhkum edildim

Nədəndir gunahım oldum müqəssir
Günahkar olsaydım etməzdi təsir
İndi bu qəlbimi ayrılıq əzir
Mən səni sevməyə məhkum edildim

Zalım bir ömrüm ezabım əziyyətim
Sən oldun dinməyən lal məhəbbətim
Sonunda bir qəfəs oldu qismətim
Mən səni sevməyə məhkum edildim


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri