beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könülsüz özgəyə Gəlin Köçən Qız.

Qəlbində ağlayır ,gizlədir qəmin,
Könülsüz özgəyə gəlin köçən qız.
Toyunu yad kimi edir tamaşa,
Könülsüz özgəyə gəlin köçən qız. Süzülmüş gözlərlə xəyala dalıb,
Qanadsız quş kimi havada qalıb,
Vədəsiz gül açıb , vaxtsız saralıb,
Könülsüz özgəyə gəlin köçən qız. Dağılıb eşqinin sarayı ,taxtı,
Alışıb kül olub qisməti baxtı,
Özünü gizlicə odlara yaxdı,
Könülsüz özgəyə gəlin köçən qız. Yoluna dərdinin dərmanı çıxıb,
Dalıyca sevdiyi o, oğlan baxıb,
Baxışla qəlbini yandırıb yıxıb,
Könülsüz özgəyə gəlin köçən qız


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri