beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmişdin Dedin

Seni sevmişdim dedin... Yeni sevmirsen daha?
Yalana bax,axı sen sevgini ne bilmisen?
Xoş gedermi Allaha sene canın verene,
Sene qurban gedene ağ yalanlar deyesen?
Seni sevmişdim dedin...
Ay Allahım,söze bax... Seven kesde üze bax.
Sevgi üç gün...bir hefte...sekkiz ay...on ilmi olur?
Seven bir defe sevir,ölenedek qovrulur,
Qebre de aparılmır,kefene de bükülmür.
Sevgi sözlerde qalır,ağlar gözlerde qalır,
Kimin qelbine girse ebedi yuva salır.
* * * * *
Ağladınmı geceler?
Kimse görmesin deye çekilib bir guşeye
Öz-özünle üz-üze heç qaldınmı bir gece?
Hesretin ezabından adını xeste qoyub zarıyıb inledinmi?
Evden küçeye qaçıb,
Ayrılıqdan söz açıb yağışla danışdınmı?... Küleyi dinledinmi?
Seni sevmişdim dedin... Ayrılığı istedin.
Kim buna sevgi dedi? Bu nece sevgi idi?
Bu SEVGİ kelmesine atılan şer deyilmi?
* * * * *
Mene yüz ürek gerek ayrılığa dözümçün,
Bir üreyim var idi onu da sene verdim,
Hardan indi axtarıb ürek tapım özümçün?
Eyilmez qürurumu ayağına atmışam,
Qorxub çekinmemişem... Vüqarımı enmişem,
Susmuşam... Dinmemişem.
Buz kimi erimişem torpaqlar içib meni.
Seni sevmişdim dedin,dediyini bilmedin.
Ayrılırıq indi de,guya bitib vaxt,vede?
Seni sevmişdim dedin... İndi artıq gedirsen,
Sen menden ayrılmırsan,
MENİM.... ÜREYİMDEKİ.... ÖZÜNDEN..... AYRILIRSAN....


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 270 Bölmə: Sevgi şerləri