beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hesret Deyilmi?

Uzaqlara dalıb gedən gözlərin,
Ümidləri sönən günahsız üzlərin,
Alovlarla qucaqlaşan közlərin;
İzah etdiyi tək şey, həsrət deyilmi?

Anbarları dolduran sellərin,
Suya möhtac vahələrin, çöllərin,
Sovrulub toz qoparan küllərin;
İzah etdiyi tək şey, həsrət deyilmi?

Ayaqyalın, döşəmə qaçanın,
Bir yar üçün, Dağ aşanın,
Gözü quru, ürək daş olanin;
İzah etdiyi tək şey, həsrət deyilmi?

İşıqlığa qucaq açan gecənin,
Kuləkləri, özünə dost seçənin,
Arşınlayıb, səhraları keçənin;
İzah etdiyi tək şey, həsrət deyilmi?

Axşam günəş qürubunu süzənin,
Sahillərdə tək başına gəzənin,
Geyimində bəzəkli, ürkək təzənin;
İzah etdiyi tək şey, həsrət deyilmi


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi şerləri