beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son Gorush...

Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç... ?

Dünya dağılmadı, biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatliq dilədin ancaq.

İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil..."
Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."

Bu görüş sonuncu görüşdü daha
Bu gün ayrılırıq deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin..?

Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm...

Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .

O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri