Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könlümə Dəymə...

Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl səndə bu ana dilimə dəymə!
Sənində bağin var, gülün var çəkil,
Bağimda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdin çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən!
Yan deyib od vurdun bədənimə sən,
Altinda atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara
Sən məni istədim çəkəsən dara!
Yenicə sağalir vurduğun yara,
Mənim bu yarali könlümə dəymə!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri
loading...