beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoshbext Ol....!!!

"Xoşbəxt ol!" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa
Dünyaya yenidən gələcəyəmmi?

"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin, ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi.


Son dəfə üzünə qoy baxım ki, mən,
Göylərdən bir ulduz axacaq indi.
"Xoşbəxt ol!" söylədin, dedin ürəkdən
Xoşbəxtlik əlimdən çıxacaq indi.

Soyuq ayrılıqdır üstümdən əsən,
Baharmı, payızmı, hamısı birdir.
"Xoşbəxt ol!"-söylədin, məgər bilmirsən,
Bu sözdə bəxtimi dəfn eyləyirsən?..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi şerləri