beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldim Mektubunu....

Aldım məktubunu, aldım sevincək;
Oxuyub nə haldan nə hala düşdüm!
Axı bir qadına səni indicə,
İndicə nə qədər tərifləmişdim...
O fikrə getmişdi, qəlbində, deyən,
Qadın mənliyini boğurdu bir qəm:
Bəlkə düşünürdü: axı mən niyə
Belə təriflərə layiq deyiləm...
Dondurdu gözümü hər sətrin buzu,
Hər sualın şübhə, hər nidan eyham.
Mən səni heç yerdə, a zalım qızı,
Bu ürək sahibi tanıtmamışam!
Hanı məktubunda bir yarpaq ürək,
Hicran nöqtələri, sevgi xalları?
Bir ayna vicdana çirkab çiləmək –
Bu kimin əlidir, kimin, de barı?
Çevrildi başıma bir əzab dağı,
Günəşdən üstümə qar ələndi, qar.
Kişi xörəyinə zəhər qatmağı
Ustalıq bilməyib bizim analar...
Onlar hər günahı saymayıb günah,
Bu özü, qanana güllə deyilmi?
Kişi günahını üzə vurmamaq
Kişiyə vurulan şillə deyilmi?
Xəyalım hardasa səni gəzirdi,
Aldım məktubunu, sevinim, gülüm,
Məktubun bir qucaq kədər gətirdi,
Nə olar, kədər də səndəndir, gülüm!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri