beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kaş Sen Olaydin...

Kaş ki, sən olaydın dərdimə qalan,
İncidib, sonra da könlümü alan.
“Ayrılaq” deməyin olaydı yalan,
Ümidim, gümanım kaş, sən olaydın!

De, nədən ürəyim istəyir səni?!
Gündüzdən seçmirəm indi gecəni...
Həsrətin əlindən alaydın məni,
Hicrana yamanım kaş, sən olaydın!

Sevgimə əyildim, anlamadın sən,
Allah bağışlamaz bu eşqə gülsən.
Anlasan, darıxsan, qayıda bilsən,
Gələcək zamanım kaş, sən olaydın


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi şerləri