beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SheiR___

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o
qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan
yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı
deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına
ağ oldun?
O qədər yaxın ikən, bu qədər
uzaq oldun.
Şirin gülüşlərimiz, acı
fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız
anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən
daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri
dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl
olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir
salama dəymədi.
Bir günlük həsrətimə dözə
bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir
salama dəymədi?
Getdin, dalınca baxdım, can
ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin
yanımdan?
Ah çəkdim, başım üstə
yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu
məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız
oldumu?
Sən mənə zülm eylədin, mənə
zülm yaraşır.
Bir salama dəyməyən eşqə
ölüm yaraşır!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Sevgi şerləri