beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bircə Dəfə ,,Sevirəm De"nə Olar?

Şimşək olub göy üzündə çaxaram
Günəş olub hər gün sənə baxaram
Yağış olar ürəyinə axaram
Bircə dəfə “Sevirəm” de, nə olar?!

Daş olub yoluna düzülərəm mən
Yaştəki gözündən süzülərəm mən
Həsrətin əlindən üzülərəm mən
Bircə dəfə “Sevirəm” de, nə olar?!

Ağlımı başımdan almısan mənim
Könlümü odlara salmısan mənim
Gözümü yollarda qoymusan mənim
Bircə dəfə “Sevirəm” de, nə olar?!

Sən gələn yollarda gül-çiçək olum
Gəl qoyma həsrətdən saralım, solum
İstərəm qəlbinə açılsın yolum
Bircə dəfə “Sevirəm” de, nə olar?!

Sözüm həqiqətdi, yoxdu yalanım
İstə bir budaqtək sənə calanım
Sənsən bu qəlbimi məndən alanım
Bircə dəfə “Sevirəm” de, nə olar?!

Adını qəlbimə ələrəm sənin
Ruhunu sevgimlə bələrəm sənin
Hər gecə yuxuna gələrəm sənin
Bircə dəfə “Sevirəm” de, nə olar?!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri