beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoxluğuna Tapşır Məni.

Gecə-gündüz ağlatmasın
Yaralanmış ürəyimi
Xəyalınla qanatmasın
Solmuş ömür çiçəyimi,
Bir az daha saraltmasın



Yoxluğuna tapşır məni,
Xəyalından şəkil çəkib,
Yaddaşıma həkk etməsin
Sənsiz nələr çəkdiyimə,
Bir an belə,şəkk etməsin
Qoyub məni,tək getməsin



Yoxluğuna tapşır məni,
Sənsizliyin qapısında,
Səni mənə,gözlətməsin
Ağrı-acı çəkdiyimdə,
Məni sənə izlətməsin
Varlığını gizlətməsin



Yoxluğuna tapşır məni,
Gəncliyimi ovub-ovub
Qocalığa yedirtməsin
Yazığ qara saçlarımı,
Ağ libasa geydirməsin
Qamətimi əydirməsin



Yoxluğuna tapşır məni,
Son mənzilə göndərməsin
Hələ gəncəm,həyatımın
Çırağını söndürməsin
Yoxluğuna tapşır məni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri