Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sevgi Ruhumun Qidasi Imiw

Neçə gündür hava çiskin dumanlıq,
Sən demə ayrılıq havası imiş,
İçimdə yaranan qorxunc qaranlıq,
Acıyla kədərin davası imiş..
Qurban gedir gül tikanın yolunda,
Canın verir Leyli Məcnun qolunda,
Haray salır həm sağında solunda,
Bu haray ölümün sədası imiş..
İtirmişəm keçmişimi mən kiməm,
Yorulmuşam bu həyatdan əzginəm,
Cismim yatır ruhum deyir bezginəm,
Bu yuxu ölümün vidası imiş..
Sən demə sən idin yaşadan məni,
Sən idin ucaldan məbbətimi,
İndi dərk eylədim mən bu sevgini,
Bu sevgi ruhumun qidası imiş..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Sevgi şerləri
loading...