beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Sevdiyimi Deyə Bilmirəm

Bu sevgi yolunda qaldım biçarə
Yaxındasan ya uzaqda bilmirəm
Gəlib sənə çatsam yenə nə çarə
Yenə sevdiyimi deyə bilmirəm

Əlini tutanda titrəyir əlim
Bir kəlmə söz üçün tutulur dilim
Çətin ki olasan mənim sevgilim
Çünki sevdiyimi deyə bilmirəm

Vaxtilə od idim indi sönürəm
Gözünə baxanda qəmi görürəm
Hər səni görəndə inan ölürəm
Bircə sevdiyimi deyə bilmirəm

Dünya ilk günündən belə qurulub
Sevənin həmişə boynu burulub
Dərdli qəlbim həsrətindən yorulub
Səni sevdiyimi deyə bilmirəm


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi şerləri