beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Icimden Qaciram..

Mən içimdən qaçıram.
Sən qaranlıqdan
Səni gecənin tünd rəngi salır təşvişə
Mən...
Mən isə kədərin də qüssənin də
İsıqlı sabahlarından qorxmuşam həmişə
Çəkilirəm, itirəm.
Mən səbrimin zülmətində
Dözürəm ayrılıqlara
Sıgınıb qaranlıqlara...
Mən içimdən qaçıram
Sən tənhalıqdan
Özündə bir özgə yaşamır axı
Özündə bir özgə öldürmür səni
Bir həsrət yükünü daşımır axı
Mən...
Mən isə tək qalmaq istəyirəm
Elə lap əbədi...
Usanıram bezirəm bu inadkar hicrandan
Nədir dərdi?! nədir dərdi?!
Mən içimdən qaçıram
Sən aglamaqdan
Dumanlara düşürsən qəhərə qarışırsan
Gözünün qayğısına qalmağa calışırsan
Mən isə olub özgə bir kimsə
Ürəyimdə yaralı gülüşlərdən qaçıram
Xatirimdə keçmişə dönüşlərdən qaçıram
Ağlamaq istəyirəm
Kovrəlib bu qismətdə hər bitişməz qırıqdan
Utanmayıb hönkürtü hıçqırqdan
Ağlamaq istəyirəm
Ağlamaq istəyirəm...
Mən içimdən qaçıram
Sən yalanlardan
Riyalardan....
Yaman məğrur baxırsan
Sənə tale bəxşişi zirvəli iddialardan
Yaman məğrur baxırsan...
Hər addımda gözümə sancılan
O vəhşi doğruları öldürməyə çalışan
Yalançı cəllad mənəm
Üsyançı cəllad mənəm
Dogrulardan darıxan Sən özündə Yalanım!
Həqiqətdən bezmişəm, istəyirəm aldanım
Yalanim...
İstəyirəm ömürlük varlığına inanım
Mən içimdən qaçıram
Sən yox olmaqdan
Bilsən bu varlıgımda
usanib var olan ürəyim də özüm də
Bu yeriyən yoxluqdan...
Mən içimdən qaçıram
Sən içimə qaçırsan...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi şerləri