beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oldurecek Bu Sevda Meni

Öldürəcək bu sevda məni.

Bəlkədə bəlasan başıma mənim,
Bəlkədə baharsan qışıma mənim.
Bu yaşda çıxmısan qarşıma mənim,
Vaxtsız öldürəcək bu sevda məni.

Axı nə vermisən gülüm sən mənə.
Çəkilməz əzabsan,zülümsən mənə,
Məcnunu öldürən ölümsən mənə,
Vaxtsız öldürəcək bu sevda məni.

Sevgimi başıma tor eləyib tor,
Gecə yatagıma qor eləyib qor.
Mənə bu dünyanı gor eləyib gor,
Vaxtsız öldürəcək bu sevda məni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri