beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yadindadir?

Yadındadır,mənə daş qəlbli deyirdin
O daş qəlbimdən əsər qalmayıb indi
Bir sözünle o daşı parça-parça etdin
Amma sənin qəlbin daşlaşıb indi

Yadındadır,mənə sən ağlamazsan deyirdin
Artıq gözümün yaşsız vaxtı yoxdur inanki
O gedişinlə qəlbimi viran qoyub getdin
Amma sənin üçün başqa ağlayan gözlər var indi

Yadındadır,mənə sən inadçısan deyirdin
Deyil inadlaşacaq,danışacaq gücüm qalmayıb sanki
Başqasını sevdiyin gün məni kəfənsiz dəfn etdin
Amma bu gücsüz halımla da inadlaşırsan indi

Yadımdadır,mən qürurluyam deyirdim
Yadımdadır,mən alçalmaram deyirdim
Neyniyek?!Yaşamadan danışmamalıyıqmış deməli
Tebrikler!!!Sevgin mənə qalib gəldi...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi şerləri