beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sənə qayıtmaq qalır, mənə gözləmək" (Azər Şirin)

Nə qədər çətindi kimsəsiz olmaq, elə deyilmi? Özünü cəmiyyətin ögey övladı kimi hiss eləmək, səkilərin üstündə tək başına addımlamaq. Əlini atıb yıxılmamaq üçün boşluqdan tutmaq. Küçələr, evlər, metrolar insanlardan, mənim qəlbim tənhalıqdan basa-basdır. Hamıya istidən tərləmək, mənə soyuqdan donmaq qalır...

Öyrəşmişəm sıfıra bölünüb cavabsız qalmağa, öyrəşmişəm əlifbada “ı” hərfi olub sözlərin sonunda işlənməyə. Öyrəşmişəm bütün pislərə layiq olmağa, öyrəşmişəm sonlara, öyrəşmişəm bütün bunlara. Amma SƏNsizliyə öyrəşmək istəmirəm. Eşidirsən nə deyir gözlərim? Qulaqlarınla deyil, ürəyinlə dinlə. Başa düşə bilirsən onları? Geri dön deyir, geri dön. Nə olar, bundan sonra hərəmizə bir şey qalsın – sənə sabah günəşiylə, payız yağışıyla, soyuq divar salamıyla qayıtmaq, mənə köynəyimin sol yanında gizlətdiyim arzularım, ürəyimdəki həsrətin, əllərimdəki ətrinlə gözləmək...


Tarix: 31.05.2013 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Sevgi şerləri