beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Rövşən. Dərdimi danışdım suya

Nazim Hikmətin xatirəsinə

Dərdimi danışdım suya,
Ürəyim qarışdı suya,
Ürəyimdən düşdü suya,
Bir gəmi üzdü, bir gəmi.

Dərdimə həmdəm olmadı,
Yelkənləri nəm olmadı,
Balıqlara yem olmadı,
Bir gəmi üzdü, bir gəmi.

Sahildə bir liman qaldı.
Göylərində duman qaldı.
Ürəyim qaldım, mən qaldım,
Bir gəmi üzdü bir gəmi.


Tarix: 28.05.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Sevgi şerləri