Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif Məhərrəmov

Arif Məhərrəmov — azərbaycanlı rəssam.

Həyatı

Arif Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirmşdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizqi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssamdır.

Filmoqrafiya
Biz qayıdacağıq (film, 2007)
Gəldi kosa (film, 1988)
İşgüzar səfər (film, 1982)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Molla Nəsrəddin Xoca (film)
Münəccimin şagirdi (film, 1983)
O dünyadan salam (film, 1992)
Qala (film, 2008)
Qaravəlli (film, 1989)
Qaravəlli-2 (film, 1992)
Xrizantema yarpağı (film, 1989)
Yatmaq vaxtıdır (film, 1984)
Yeddi gözəl (film, 1982)


Tarix: 20.01.2013 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 452 Bölmə: Sənətkarlar
loading...