Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

SənətkarlarAğarəhim Əliyev

Kino Rəssamı. Koordinator
[redaktə]
Həyatı

Ağarəhim Əliyev rəssamlıq ixtisasına yiyələndikdən sonra Azərbaycan Televiziyasında rəssam işləməyə başlayıb (1957). Televiziyanın ilk rəssamlarındandır. O, həm də AMEA nəzdindəki elmi bərpa emalatxanasında bərpaçı işləyib, Opera və Balet Teatrınnın, Akademik Milli Dram Teatrının, Rus Dram Teatrının tamaşalarına tərtibat verib.
[redaktə]
Filmoqrafiya
Heydər Əliyev. Birinci film. General (film, 1996)
Canavar balası (film, 1997)
Hər şey yaxşılığa doğru (film, 1997)
Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml (film, 1999)
Milli bomba (film, 2004)
Yoxlama (film, 2006)
Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat (film, 2008)
Tanrıverdinin nağılı (film, 2008) Ardı »

SənətkarlarRəis Rəsulzadə

Rəis Rəsulzadə — Məhəmməd Əmin Rəsulzadənin nəvəsi; Əməkdar rəssam

1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Sonradan isə bu qurum Beynəlxalq Rəssamlar Konfederasiyasına çevrilib. Həmçinin Azərbaycan Rəssamlar Federasiyasının üzvü, Əməkdar rəssamdır. Mərhum Əşrəf Mehdiyevdən sonra Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik etmək təklifini qəbul edib. Həmçinin DAK-ın digər qanadının Londonda keçirilən qurultayında qurumun fəxri sədri seçilib[ Ardı »

SənətkarlarBayram Hacızadə

1968-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir.
2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur.
2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib.
2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. Əsərləri respublikada və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrində qızıl və bürünc medallar, xüsusi mükafatlar və fəxri diplomlara layiq görülüb.Müxtəlif ölkələrdə nəşr Ardı »

SənətkarlarRok, İsa və Con Lenon

“Hazırda “Beatles” İsadan daha məhşurdu”

1964 — cü ilə qədər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Star adi insan idilər. Bir-birini tələbəlik illərindən tanıyan bu “dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən “Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı protesto, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi Ardı »

SənətkarlarƏmrulla İsrafilov

1962-ci ildə şəhərində anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət Rəssamlıq İnstitutunun qrafik sənət fakültəsini bitirmişdir.

Rəssamlar İttifaqının üzvüdür. Almaniya, Yaponiya, İngiltərə, Fransa və Türkiyədə keçirilmiş bir sıra sərgilərdə iştirak etmişdir. Ardı »

SənətkarlarPablo Picasso

O, 1895-ci ildə Barselona Gözəl Sənətlər məktəbinə daxil olub. 1901-ci ildən ana soyadı Picasso-nu işlətməyə başlayıb.

Picasso Ginnesin Rekordlar kitabına düşmək üçün 13.500 rəsm əsəri, 34.000 kitab rəsmləri, 300 heykəl yaratdı.

1973-cü ildə əsərlərinin ümumi dəyəri 750 milyon dollar idi.

Ən tanınmış əsəri Alman ordularının Guernica qəsəbəsini bombalamasını təsvir edən "Guernica"-dır. O, bu əsərini 1 günə tamamlamışdı.1973-cü ildə ancaq Picassonun rəsm əsərləri olan sərgidə gəzib GUERNİCA əsərinə baxan1 alman generalı ondan soruşmuşdu: "Bu əsəri siz çəkmisiniz?". "Yox, siz çəkmisiniz." - deyə cavab vermişdi.

P.Picasso 1973-cü ildə aprelin 8-də vəfat etmişdir. Ardı »

SənətkarlarLeonardo da Vinçi

Leonardo di ser Pyero da Vinçi (15 Aprel, 1452 – 2 May, 1519) - Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan” (Homo Universale) tipinin ən parlaq nümayəndəsi.

O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı sadə kəndli qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir Ardı »

SənətkarlarBryus Li

[color=#6a60ec]Bryus Li 1940-cı il noyabrın 27-də ABŞ-ın San-Fransisko şəhərindəki çinli məhəlləsində yerləşən mehmanxanada anadan olub. Həmin gün onun valideynləri, Çində operada komediya aktyoru olan Li Xoy Çen və anası Qreys Li ABŞ-da qastrol səfərində olublar. Yarı alman və katolik olan anası oğluna Li Can Fen adı verib. Bu, ingilis dilinə çevirəndə “San-Fransiskoya qayıdış” deməkdir. Qreys Li bunu belə izah edib ki, həmişə bir gün San-Fransiskoya qayıdacaqlarına və orada yaşayacaqlarına inanıb. Bryus adını isə körpəyə hospitalın tibb bacılarından biri verib.

Bryus Li uşaqlıqda dəcəl olub. O, küçə dava-dalaşlarının geniş yayıldığı bir məhəllədəki evdə böyüyüb, özü də bu dava-dalaşların aktiv iştirakçısı olub. Bir Ardı »