beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Hacıyev

Eldar Rasim oğlu Hacıyev - Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü.Mündəricat
1 Həyatı
1.1 Yaradıcılıq işləri
2 Xarici keçidlər
3 Həmçinin bax


Həyatı

Eldar Rasim oğlu Hacıyev 1962-ci il 03 dekabr tarixində Bakı şəhərində həkim ailəsində dünyaya göz açmışdır. O, Bakı şəhərində 1969-1979-cu ullərdə 20 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. 1979-1984-cü illər ərzində M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Xalçaçılıq və Bədii toxuculuq” fakültəsinin Xalçaçı-rəssam ixtisasını başa vurur. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Hələ İncəsənət İnstitutunda təhsil aldığı müddət və ondan sonrakı dövrlərdə də Eldar Rasim oğlu Hacıyev Azərbaycan xalçaçılıq irsinin görkəmli nümayəndəsi profesor Xalq rəssamı Lətif Kərimovdan, sənətşünas, professor, sənətçünaslıq üzrə elmlər doktoru Kubra Əliyevadan bu sənətin sirlərinə yiyələnmişdir. O dövr xalça sənətimizin canlı ensiklopediyası L.Kərimovdan mənimsədiyi ilmələrin sirri bu gün Eldar Hacıyevin xalçaçı - rəssam kimi formalaşmasında əhəmiyyətli rol oynamışdır. Xalçada portret janrının ənələrini davam etdirən E.R.Hacıyevin portret işləri maraq doğurmaya bilməz.

Yaradıcılıq işləri

O portret janrında Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Məhəmməd Füzulinin, Bülbülün, Corc Buşun, Putinin, II Aleksinin və digər görkəmli şəxsiyyətlərin portretlərini böyük ustalıqla işləmişdir. Eldar Rasim oğlu Hacıyevin yaradıcılığına xas əsas xüsusiyyətlərdən biri də onun müəllifi olduğu xalçalarının müasir günümüzdə qədim Azərbaycan xalça sənətində qismən az müraciət olunan ipək saplarla toxunulmasıdır.

Belə ki, xalçaçı-rəssam E.R.Hacıyevin miniatür, dini mövzulu və süjet xalçalarını məhz ipək saplar üzərində yaratmışdır. Bu xalçalar sırasında "Nizami Gəncəvinin, Ömər Xəyyamın əsərlərinə çəkilmiş miniatürlərə, dini-Pravoslav süjetlərinə, Bibliya tarixinə həsr olunmuş işlərini sadalaya bilərik.

Hazırda bu işlərin bəziləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.


Tarix: 20.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Sənətkarlar