beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafar Sarıvəlli

Qafar Sarıvəlli - rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı

1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

Fəaliyyəti

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001, 2005 və 2008-ci illər).


Tarix: 20.01.2013 / 15:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Sənətkarlar