beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram Hacızadə

1968-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib.
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir.
2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur.
2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib.
2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. Əsərləri respublikada və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrində qızıl və bürünc medallar, xüsusi mükafatlar və fəxri diplomlara layiq görülüb.Müxtəlif ölkələrdə nəşr olunan satirik jurnalların redaksiya heyətinin üzvüdür. Karikatura sahəsində 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb.
2008-ci ildə "Azərbaycanda karikaturanın inkişafı" mövzusunda müdafiə etmiş,sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.
2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında "Karikatura tarixi" fənini tədris edir.

Azərbaycanda keçirilən "Molla Nəsrəddin" Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısıdır.
2008-ci ildə ABŞ "Cartoonion" Beynəlxalq Karikaturaçılar Klubuna fəxri üzv seçilmişdir.
2009-cu ildən beynəlxalq “Dünya Karikatura Ensiklopediyası”-nın redaksiya heyətinin üzvü seçilmişdir (İspaniya).
2009-cu ildə Təbriz Karikatura Assosiasiyasına fəxri üzv seçilmişdir (İran).
2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinə üzv seçilmişdir.
2010-cu ildən “Azərbaycan Karikatura Mərkəzinin” rəhbəridir. -Fərdi sərgiləri Azərbaycanda (2008), İranda (2009) və Türkiyədə (2009) təşkil olunmuşdur.


Tarix: 20.01.2013 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Sənətkarlar