beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucu batil eden şeyler hansılardır?

Sual-Orucu batil eden şeyler hansılardır?

Cavab: Orucu pozan şeyler bunlardır: a.
Cinsi elaqede olmaq. b. Yemek. c. Içmek. d. Şehvet ile meni (sperma) çıxartmaq. e.
Yemek ve içmek menasında olan şeyler. f. Qesden qusmaq. g. Heyz (aybaşı) ve ya nifas
(doğuşdan sonra) qanının çıxması. Deyilen bu şeyler üç şert esasında olmalıdır ki,
orucu batil etsin. a. Elm. b. Xatırlamaq. c. Qesd. Birinci şert elmdir ve onun
menası: Hemin emeli eden adam, bu şeriet hökmünü ve onun vaxtını bilmelidir. Eger o
bunları bilmezse ve xeta ederse onun orucu düzgündür. Bu haqda Allah teale buyurur:
'Ey Rebbimiz bizi unutmağımıza ve ya xeta etdiyimize göre sorğu-sual etme!'.
Hemçinin bu haqda sehih sünnetde de hedisler gelmişdir ve bele hedislerden Ediyy ibn
Hatimin (Allah ondan razı olsun) hedisidir. 'O gece yatarken yastığının altına iki
ip qoyur ve seher orucunu tutmaq üçün götürdüyü ağ ipi qara ipden seçenedek yeyib
içir. Sonra seher açılanda Peyğemberin ona Allahın salavatı ve salamı olsun yanına
gelir ve etdiyini ona danışır. Peyğember ona Allahın salavatı ve salamı olsun Quran
ayesindeki ağ ipin qara ipden seçilmesi gördüyümüz ve işletdiyimiz ipin olmamasını
ona bildirdi ve burada ağ ip deyildikde gündüzün işığı, qara ip deyildikde ise
gecenin qaranlığı nezerde tutulur deyerek cavab verdi'. Sehabenin bele etmesine
baxmayaraq Peyğember ona Allahın salavatı ve salamı olsun ona orucu qeza etmeyi emr
etmedi. Çünki o hökmü bilmirdi ve ayenin menasını da etdiyi kimi başa düşmüşdü. Amma
vaxtı bilmeden orucunu açarsa bu haqda da hedis vardır. Buxari öz sehih kitabında
Esma binti Ebu Bekrden (Allah ondan razı olsun) revayet ederek deyir: 'Biz
Peyğemberin ona Allahın salavatı ve salamı olsun vaxtında buludlu günde iftar etdik
ve sonra güneşi gördük'. Buna baxmayaraq Peyğember ona Allahın salavatı ve salamı
olsun onlara orucu qeza etmeyi emr etmedi. Hemçinin bu meseleye oxşar başqa bir
meselede vardır, meselen: bir kes gece oyanıb yeyib-içir sonra baxır ki, artıq sübh
namazının vaxtı çoxdan daxil olub bele olduqda bu kimse qeza etmir çünki o vaxtın
daxil olmasını bilmirdi. Ikinci şert xatırlamaqdır ve bu da unutmağın eksidir. Eger
bir kes unudaraq yeyib-içerse onun orucu düzdür ve qeza tutmağa da gerek yoxdur.
Üçüncü şert ise qesddir: Bunun menası, insanın vaxtından evvel etdiyi iftarın
ixtiyari olmasıdır. Eger insan iftarı qeyri ixtiyari, yeni mecburi olaraq ederse
onun orucu doğrudur. Çünki Peyğember ona Allahın salavatı ve salamı olsun
buyurmuşdur: 'Ümmetime xeta etdiyi ve unutduğu, hemçinin mecburi edilen şeylere göre
günah yazılmır'. Ele buna göre de oruc tutanın boğazına külek zamanı torpaq girer ve
torpağın dadını boğazında hiss eder, torpaq onun medesine daxil olarsa onun orucu
pozulmur. Çünki o, bunu qesden etmeyib. Hemçinin onu oruc açmağa mecbur etseler, bu
mecburiyyeti götürmek üçün oruc açarsa onun orucu batil olmur ve yene de orucuna
davam ede biler. Çünki bu iş onun öz ixtiyarı ile olmayıb. Hemçinin yuxuda olarken
ihtilam (yuxu görerek cenabetli) olarsa onun orucu doğrudur. Çünki yatan adamın heç
bir qesdi yoxdur. Hemçinin kişi öz qadınını mecbur ederek cima (cinsi elaqe) ederse
qadının orucu doğrudur çünki onun heç bir ixtiyarı yoxdur. Burada ehemiyyetli bir
mesele var. Kişi öz qadını ile oruc zamanı cinsi elaqede olarsa onun üzerine beş şey
düşür. 1. Günah. 2. Günün qalan hissesinde oruc tutmaq. 3. Orucunun batil olması. 4.
Orucun qeza edilmesi. 5. Keffare (bağışlanma) vermek (iki ay ardıcıl oruc tutmaq).
Amma bu cinsi elaqeni seferde olan adam ederse onun üzerine yalnız qeza düşür ve
keffaresi yoxdur. Çünki müsafir adam istese oruc tutar ve ya iftar edib sonra
orucunu qeza eder.
Muhammad ibn Salih el Useymin


Tarix: 04.04.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 663 Bölmə: Ramazan