beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın təhrif olunmamasına dair dəllilər

Quran özü buna görə deyir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ


Həqiqətən Quranı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.[24]
Başqa bir ayədə isə deyir:

وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ


Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil – nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tərifə layiq olan Allah tərəfindən nazil edilmişdir.[25]
Quran müsəlmanlar arasında yazılıb və onun ən qədim nüsxələri də idikilərlə birdir bunun nədənlərindən aşağıda deyilir:

Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Quran katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.O dövrdə Quran qiraəti ən böyük ibadətlərdən hesab olunurdu[26], müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edirdilər. bundan əlavə, Quran İslamın Əsas Qanunu və müsəlmanların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.[27] Müsəlmanlara görə Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kitabın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldılması qeyri-mümkündür. İslam rəvayətlərində və imamlar-dan nəql olunan hədislərdə Quranın əsalət, tamamlıq və təhrif olunmamasına dair təkidlər edilmişdir
Əli deyir:

اَنْزَلَ عَلَیْکُمُ الْکِتَابَ تِبْیانً لِکُلِّ شَیْءٍ وَ عَمَّرَ فَیکُمْ نَبِیَّهُ اَزْمانًا حَتَّی اَکْمَلَ لَهُ وَ لَکُمْ فِیمَا اَنْزَلَ مِنْ کِتَابٍ دِینَهُ الَّذِی رَضِیَ لِنَفْسِهِ


Allah-Taala hər bir şeyi bəyan edən Quranı nazil etdi və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Quranın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun.[28] Nəhcül-bəlağənin xütbələrinin çoxunda Qurandan söhbət açılmışdır, amma heç bir yerdə onun təhrif olunmasına azacıq belə, işarə yoxdur; üstəlik Quranın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.[29]
Doqquzuncu imam həzrəti Məhəmməd Təqi bir hədisdə öz dostlarından birinə, camaatın haqq yolundan çıxması ilə əlaqədar xitab edərək dedi:

وَ کَانَ مِنْ نَبْذِهِمُ الْکِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ


Camaatın bir qrupu Qurani-məcidi boşlamış, sözlərini düzgün oxuduqları halda onların məfhumlarını təhrif etmişlər.[30]
Bu və bu kimi digər hədislərə baxaraq belə başa düşülə bilər ki, Quranın sözləri toxunulmaz qalmış və yalnız məna baxımından onda təhrifə yol verilmişdir.

Buradan mühüm bir məsələ aydınlaşır: əgər bəzi rəvayətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun məna baxımından təhrif olunması, şəxsi rəy əsasında təfsir edilməsidir, amma ibarə və kəlmələrində olan təhrif deyildir.[31]
Başqa baxımdan Şiə imamlarından rəvayətlər var ki, quranın təhrif olunmaması və onun həmişə təhrifsiz qalacağına görə dəlalət edir:

اَعْرِضُوهُمَا عَلَی کِتَابِ اللهِ فَمَا وَافَقَ کِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللهِ فَرُدُّوهُ


Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olmamasını bilmək üçün, xüsusilə onların arasında təzad göründüyü zaman onları Quranla tutuşdurun: Qur’anla uyğun gələnlər düzgündür, ona əməl edin. Quranla müxalif olanları isə boşlayın![32]
Sünni və şiə mənbələrinin çoxlu yerlərində nəql olunan "Səqəleyn" hədisinə əsasən, Məhəmməd peyğəmbər demişdir:

اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی مَا اِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا


Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.[33]
Bu hədisə baxaraq şiələr belə düşünürlər ki:
Bu dolğun mənalı hədis gözəl şəkildə çatdırır ki, Quran və Əhli-beyt insanların Qiyamət gününə qədər hidayət olunması üçün çox mötəbər bir sığınacaq yeridir. Əgər Quranda təhrifə yol verilmiş olsaydı, onda camaat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəlalətdən necə xilas ola bilərdi.?


Tarix: 26.02.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 747 Bölmə: Qurani Kerim