Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerimət-Təkasur (Çoxluqla öyünmə) surəsi

.102.
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
2.Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz].
3.Xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
4.Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
5.Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə (elmi-yəqinlə) bilsəydiniz (fani dünya malına uymazdınız)!
6.(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7.Bəli, siz Ardı »

Qurani Kerim16. Ən-Nəhl (Bal arısı) surəsi

16. Ən-Nəhl (Bal arısı) surəsi

1. Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)

2. (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: "İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!"

3. (Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!

4. Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili Ardı »

Qurani Kerim43. Əz-Zuxruf (Qızıl bəzəklər) surəsi

43. Əz-Zuxruf (Qızıl bəzəklər) surəsi

1. Ha, Mim!

2. (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,

3. Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.

4. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).

5. Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)

6. Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.

7. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!

8. Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Quranda neçə yerdə) Ardı »

Qurani Keriməl-Kafirun (Kafirlər) surəsi

.109.
əl-Kafirun (Kafirlər) surəsi1
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər! Sənə -bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək -deyən müşriklərə) de: “Ey kafirlər!
2.Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3.Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4.Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5.Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6.Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!” Ardı »

Qurani Keriməl-Maun (Zəkat) surəsi

.107.
əl-Maun (Zəkat) surəsi1
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü2?
2.O elə adamdır ki, yetimi itələyib qovar3 (haqqını verməz);
3.Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4.Vay halına o namaz qılanların ki,
5.Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6.Onlar (namazlarında) riyakarlıq edər,
7.Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). Ardı »

Qurani Kerimət-Təğabün (Qarşılıqlı aldanma) surəsi

.64.
ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
2.Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
3.O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi2, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir. ) Axır dönüş də Onun hüzurunadır!
4.O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
5.(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib Ardı »

Qurani KerimMüsəlmanların Qurana baxışları

Hal-hazırda bütün dünya müsəlmanlarının əlində olan Quran eynilə Peyğəmbəri-Əkrəm-ə nazil olan Qurandır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsuli-fiqh və s. elmlər sahəsində yazılan çoxlu kitablarda bu müddəaya dair aşkar mətləblər mövcuddur, əqli və nəqli dəlillər vasitəsi ilə də sübut olunmuşdur.bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qurana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsasən, Qurandan heç bir şey azaldılmamışdır. Hər iki qrupdan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azaldılmasına inanırlar ki, onların da sözləri məşhur İslam Ardı »

Qurani Keriməl-İsra (Gecə vaxtı seyr) surəsi

.17.
əl-İsra (Gecə vaxtı seyr) surəsi
(Məkkədə nazil olmuşdur, 111 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!2 M
2.Biz Musaya kitab (Tövrat) verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” -deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik.
3.Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin nəsli! Həqiqətən, o (Nuh Allahın nemətlərinə) çox şükür edən bir bəndə idi!
4.Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz Ardı »