beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın yazılması

Hər ayə və surə nazil olduğunda, Məhəmməd peyğəmbər (s) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.

Şiə rəvayətlərində qeyd olunur ki, peyğəmbərin (s) vəfatından sonra Hz.Əlinin (ə) 6 ay ərzində Quranın surələrini ayəbəayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt, Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb.

Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin (r.a) təklifi ilə Zeyd b. Sabitin başçılığı ilə Əli (r.a), Osman (r.a), Übeyy b. Kab (r.a), İbn Məsud (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun (r.a) təklifi ilə Qurana Mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin (r.a) yanında mühafizə olunmağa başlanıb.

Quran elmləri

Quranın doğru bir şəkildə təfsir edilə bilməsi üçün lazım olan elmlərə Quran elmləri deyilir.


Tarix: 26.02.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 600 Bölmə: Qurani Kerim