Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ən-Nas (İnsanlar) surəsi

.114.
ən-Nas (İnsanlar) surəsi1
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
2.İnsanların ixtiyar sahibinə;
3.İnsanların tanrısına;
4.Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5.O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6.(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”


Tarix: 21.11.2012 / 14:59 Müəllif: [Ram] Baxılıb: 440 Bölmə: Qurani Kerim
loading...