beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

106. Əl-Qürəyş (Qüreyş) surəsi
106. Əl-Qürəyş (Qüreyş) surəsi

1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

3. Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər!

4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.


Tarix: 10.06.2015 / 15:26 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Qurani Kerim