beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

93. Əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
93. Əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi

1. And olsun səhərə.

2. And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

3. (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

4. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

5. Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

6. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

7. Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

8. Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

9. Elə isə yetimə zülm etmə!

10. Dilənçini də (qapıdan) qovma!

11. Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!


Tarix: 10.06.2015 / 15:21 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Qurani Kerim