Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

.101.
əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ürəkləri dəhşətə salan qiyamət2!
2.Nədir qiyamət?!
3.Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
4.O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyitrkə kimi bir-birinə qatışacaq);
5.Dağlar isə didilmiş yun kimi olacaqdır3!
6.(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə4,
7.(Cənnətdə) xoş güzəran içində olacaq5!
8.Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
9.Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
10.Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
11.O çox qızmar bir atəşdir!


Tarix: 21.11.2012 / 15:06 Müəllif: [Ram] Baxılıb: 392 Bölmə: Qurani Kerim
loading...