Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Fil (Fil) surəsi

.105.
əl-Fil (Fil) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2.Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
3.Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi2.
4.(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5.(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!


Tarix: 21.11.2012 / 15:04 Müəllif: [Ram] Baxılıb: 484 Bölmə: Qurani Kerim
loading...