beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Adiyat (Qaçan atlar) surəsi

.100.
əl-Adiyat (Qaçan atlar) surəsi
(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
2.And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
3.And olsun sübh çağı hücum edən atlara;
4.And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
5.Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,
6.İnsan öz Rəbbinə qarşı çox nankordur.
7.Və o özü də buna şahiddir.
8.Həqiqətən, insan var-dövlətə çox hərisdir!
9.Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirildilib) çıxarlıcağı;
10.Ürəklərdə olanlar faş ediləcəyi zaman
11.Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!


Tarix: 21.11.2012 / 15:06 Müəllif: [Ram] Baxılıb: 476 Bölmə: Qurani Kerim