beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANI TANIYAQ

10. Mufassaldır (Fəsillər və Bölümlər Halında Açıqlayan bir Kitabdır)
7:52. And olsun, biz onlara bir Kitab göndərdik; iman edəcək bir topluluğa bir hidayət və bir rəhmət olmaq üzrə tam bir elm ilə onu fərqli formalarda açıqladıq.
11:1. Əlif, Lam, Ra, (Bu,) Ayələri saflaşdırılmış, sonra hökm və hikmət sahibi olan və hər şeydən xəbərdar olan (Allah) tərəfindən bir-bir (bölüm - bölüm) açıqlanmış bir Kitabdır...
12:111. And olsun, onların qissələrində düşünən ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurulmuş bir söz deyildir. Lakin özündən öncəkiləri təsdiqləyən, hər şeyin “fərqli üsullarla müfəssəl açıqlayan” və iman edəcək bir topluluq üçün hidayət və rəhmətdir.
17:106. Onu bir Quran olaraq, insanlara aramla (bölüm - bölüm) oxumağın üçün ayırdıq və onu tədriclə (səhifə-səhifə) endirdik.
41:3. (Bu) Bilən bir qovum üçün ayələri “fəsillər halında açıqlanmış” Ərəbcə olan bir Kitabdır.


11. Basair’dir (Görülə bilən və Göstərən Bir Kitabdır)
6:104. Həqiqət budur ki, sizə Rəbinizdən bəsirətlər gəlmişdir. Kim bəsirətlə görərsə öz lehinə, kim də kor olarsa (görmək istəməzsə) öz əleyhinədir. Mən sizin üstünüzdə nəzarətçi deyiləm.
7:203. Onlara bir ayə gətirmədiyin zaman “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? – deyə soruşarlar. De ki: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir toplum üçün hidayət və mərhəmətdir.
45:20. Bu (Quran), insanlar bəsirət (nuru) ilə görülə bilən ayələrdir. Şəksiz bir bilgiyə inanan qovum üçün də bir hidayət və rəhmətdir.

12. Bəyan'dır (Açıq və Açıqlayan bir Kitabdır)
2:159. Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!
3:138. Bu (Quran) insanlar üçün bir bəyan, çəkinənlər üçün də bir hidayət və öyüddür.
10:37. Bu Quran, Allahdan nazil olub, başqası tərəfindən yalan olaraq uydurulmayıb. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və Kitabı müfəssəl olaraq açıqlayandır. Bunda heç bir şübhə yoxdur və aləmlərin Rəbbindəndir.
16:89. O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da bir hidayət, rəhmət və bir müjdə olaraq nazil etdik.

13.Təbliğdir
5:67. Ey Peyğəmbər, Rəbbindən sənə endiriləni təbliğ et! Əgər bunu etməzsən Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Heç şübhə yoxdur ki, Allah kafir bir topluluğu hidayətə çatdırmaz.
14:52. Məhz bu (Quran) xəbərdar olub, qorxsunlar, həqiqətən yalnız Onun (Allahın) bir ilah olduğunu bilsinlər və ağıl sahibləri yaxşıca öyüd alıb düşünsünlər deyə bildirişdir.
46:35. Artıq sən səbir et; peyğəmbərlərdən əzm sahiblərinin səbir etdikləri kimi. Onlar üçün də tələsmə. Onlar vəd olunduqları şeyi (əzabı) gördükləri gün sanki özləri gündüzün yalnız bir saatı qədər yaşamışdılar. (Bu,) Bir təbliğdir. Artıq fasıq bir qövmdən başqası həlak olarmı?
50:45. Biz onların nə söylədiklərini çox yaxşı bilirik və sən onları məcbur edən deyilsən; bu halda Mənim təhdidimdən qorxanlara Quranla öyüd ver.


14. Xeyirdir
16:30. (Allahdan) Qorxanlara: “Rəbbiniz nə nazil etmişdir?” deyildiyində “Xeyir” dedilər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.
35:32. Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras qıldıq. Onlardan kimisi öz nəfsinə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.

15. Şəfadır.
10:57. Ey İnsanlar! Rəbbinizdən sizə bir öyüd, sinələrdə olana bir şəfa və möminlər üçün hidayət və rəhmət gəldi.
17:82. Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil edirik. Halbuki bu zalımların yalnız ziyanını artırar.
41:44. Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb (peyğəmbər)?!” De: “O, iman gətirənlərə hidayət və şəfadır”. İman etməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Sanki onları uzaq bir yerdən çağırılırlar.


16. Müjdədir
2:97. De ki: “kim Cəbyarıla düşməndirsə (bilsin ki) həqiqətən o kitabı, Allahın izn ilə ondan əvvəlkiləri təsdiqləyən və möminlər üçün hidayət və müjdə verici olaraq senin qəlbinə endirən odur.
16:89. Hər ümmət içində öz nəfislərindən onların üzərində bir şahid gətirdiyimiz gün səni də onlar üzərində bir şahid olaraq gətirəcəyik; Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, müsləmanlara da bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.
16:102. De ki: “İman edənləri təmizləmək, müsəlmanlara bir müjdə və hidayət olmaq üçün onu (Quranı) haqq olaraq Rəbbindən Ruhul Küdüs endirmişdir”
17:9. Şübhə yoxdur ki, bu Quran ən doğru yola yönəldir və saleh əməllər işləyən möminlərə onlar üçün həqiqətən böyük bir əcr olduğunu müjdə verir.
18:2. (Allah, )Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) doğru-düzgün bir şəkildə (nazil etdi.)
19:97. Biz bunu (Quranı), taqva sahiblərinə müjdə vermən və inad edənləri xəbərdar edib qorxutmağın üçün sənin dilində asanlaşdırdıq.
46:12. Bundan öncə də bir rəhbər (imam) və bir rəhmət olaraq Musaya Kitabı verdik. Bu da zülm edənləri xəbərdar edib qorxutmaq və ehsan edənlərə bir müjdə olmaq üçün (özündən öncəki Kitabları) doğrulayıcı və Ərəbcə dil ilə göndərilən bir Kitabdır.

17. Əzizdir
41:41. Şübhəsiz ki, özlərinə zikir gəlincə (qarşı) küfrə düşənlər (atəşin içində buraxılarlar); halbu ki, o əziz (şərəfli, yüksək, üstün) bir Kitabdır.


Tarix: 02.04.2013 / 19:29 Müəllif: *Beyaz_Gul* Baxılıb: 835 Bölmə: Quran Haqqında