beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANİ TƏRBİYƏ

Quran hidayətdir, Quran Rəhmətdir. Quran insanı zülmətdən nura çıxarır. Quran könüllərə şəfa verən, haqqı batildən ayıran bir furqandır. Lakin bütün bunlarla birlikdə Quran həqiqi bir tərbiyə kitabıdır.
İnsanı Allah yaratmışdır, onun mənfi və müsbət tərəflərini, zəifliklərini, alışqanlıqlarını bilir və buna görə də insana onlardan necə xilas olacağını öyrədir.

Uca Allah Fatihə surəsində Özünü aləmlərin Rəbbi olaraq tanıdır. Rəbb: yəni ən gözəl tərbiyə edən, yetişdirən, öyrədəndir. İnsanı yetişdirib əsl yurduna (axirətə) hazırlayandır.

"...Təmizlənməyi ürəkdən arzu edənlər var. Allah təmizlənib pak olanları sevər" (Tövbə, 108)

"...Kim təmizlənib pak olarsa artıq o, özü üçün təmizlənib pak olmuşdur." (Fatir, 18)

"And olsun insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini də bilirik" (Qaf, 16)

Təmizlənib pak olmaq tərbiyə prosesinin başlanğıcıdır. Bir insanı əvvəlcə ailəsi, sonra çevrəsi, daha sonra da (bacararsa) özü tərbiyə edir. Lakin ən ideal və doğru olanı, onu yaradanının tərbiyə etməsidir. Bu isə Onun bizə endirdiyi Qurana yönəlməklə mümkündür.
Quranın hansı ayəsinə baxarıqsa baxaq mütləq kamil bir iman və Allaha qulluğa yönləndirəcək ayələrə rast gələrik. Bütün ayələr bir - birini tamamlayır və heç birində kiçik də olsa təzad yoxdur. Yenə Quranın hansı ayəsinə baxarıqsa baxaq mütləq insanı inşa və tərbiyə edən bir tərəfinin olduğunu görəcəyik. Çünki bu kitab yeganə Mürəbbi tərəfindən insanın tərbiyə edilməsi üçün göndərilmişdir.

Yuxarıdakı ayələrdən də göründüyü kimi Allah insanlardan təmizlənib pak olanlarını sevir. İnsanın təmizlənib pak olması, ola bilməsi üçün kirlənmiş olduğunu anlaması lazımdır. Buna görə insan əvvəlcə özünü tanıma prosesinə girməli, özünü anlamalı, necə və nədən tərbiyə olunması gərəkdiyini bilməlidir. Çünki hər tərbiyə prosesi uzun bir yol qət edir, zəhmətlidir və bir az da insana acı verir. İnsan alışqanlıqlarından və alışdığı həyatdan asanlıqla vaz keçmək istəməz.

"Doğrusu Biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra onu aşağıların aşağısına çevirdik". (Tin, 4-5)

Yuxarıdakı ayədə insanın cismən, forma (biçim) olaraq ən gözəl biçimdə yaradıldığı, lakin nəfsinə uyması səbəbi ilə aşağıların aşağılısına çevrildiyi söylənilir. İnsan mükəmməl bir varlıqdır. Ona verilən nəfsani istək və arzularına doğru nəzarət edə bilməzsə o zaman ən aşağı varlığa çevriləcək. Allah cənnəti qazanmaq üçün yaratdığı insana hər şeyi vermişdir. Bu yolda insanın heç bir əskiyi yoxdur. Lakin ona bu yolda istifadə etmək üçün verilən nəfsi başqa bir məqsədlə istifadə edərsə o zaman uduzanlardan olacaq.

Biçim/forma olaraq ən gözəl şəkildə yaradılmış olan insanın, ruhi olaraq da ona tay hala gətirilib tərbiyə edilməsi lazımdır. Allah insandan insanın özünün məsuliyyət daşıdığı şeyləri istəyir, insanın özünün məsuliyyət daşımadığı şeylərdən Allah onu məsul bilməz. Allah insandan nəfsini tanımasını, tərbiyə etməsini, gözəlləşdirib kamilləşdirməsini istəyir.

"Ey Adəm oğulları! İçinizdən sizə ayələrimi xəbər verən elçilər gəldiyində, kim çəkinər və (davranışlarını) düzəldərsə onlar üçün qorxu yoxdur, onlar qəm-qüssə də görməzlər" (Əraf, 35)

İnsan özünü onu yaradanın məsləhət bildiyi şəkildə, Onun Kitabına uyğun olaraq tərbiyə edə bilərsə doğrunu tapmış və hidayətə qovuşmuş olacaq. Çünki özündə Rəhmani tərbiyəni ehtiva etməyən bir qulluq, hər zaman əskik və xətalı olacaq. Rəhmani tərbiyənin qaynağı isə Qurandır.

"Mən nəfsimi təmizə çaxartmam. Çünki həqiqətən nəfs, - Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, - pisliyi əmr edər" (Yusuf, 53)

"Nəfsə və ona "bir nizam içində biçim verənə". Sonra ona fucurunu (həddi bilməz günah və pisliyini) və ondan qorxmağı təlqin edənə. Onu (nəfsini) təmizləyib, pak edənlər həqiqətən nicat tapmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır" (Şəms, 7-9)

"Artıq kim həddi aşıb azarsa və dünya həyatını seçərsə, şübhəsiz cəhənnəm onun üçün bir sığınma yeridir. Kim Rəbbinin məqamından qorxar və nəfsin pisliklərindən qorunarsa şübhəsiz cənnət (onun üçün) bir sığınma yeridir" (Naziat, 37-41)

İnsanın nəfsi müammalı bir qruluşa sahibdir. Sanki problemlər yumağıdır. İnsana pis və yanlış şeyləri gözəl və cəlbedici göstərə bilmək xüsusiyyətinə sahibdir. İnsan nəfsinin təsirində qalaraq yanlışa meyl edər. Nəfs hər zaman "nəfis" olan şeyləri istəyərək insanın diqqətini dağıdır və onun yaxşılıqlara çatmasına mane olar. Nəfs bunu edərkən çox vaxt ona "ağıl verən" şeytanı dinləyər. Çünki şeytan nəfsi yaxşı tanıyır, onun nələrdən xoşu gəldiyini bilir. Şeytandan qoruna bilmək üçün insan mütləq "muhsin" [1] və "muhlis" [2] olmalı, özünün tanımalı, özünü tənqid edə bilməli, hərəkətlərinə, davranışlarına nəzarət etməli, yanlışların necə düzəldib kamilləşəcəyini bilməlidir. Bunu edərkən də Uca Yaradıcısını unutmamalı və onun Kitabına yönəlməlidir. Bizi yaradan və bizi hər şeyimizlə ən yaxşı tanıyan olduğuna görə Onun Kitabı və Onun gözəl Rəsulunun sünnətləri bizi tərbiyə etməlidir.

QURAN İNSANI NECƏ TƏRBİYƏ EDİR?
Qurani Kərimin inzal (nazil) sırası əslində Allahın insanlığı tərbiyə mərhələsidir. Kitabullah, tərbiyə prosesi/müddəti nəzərə alınaraq mərhələ - mərhələ tədricilik sistemi əsasında endirilmişdir. Yenə Quran, bir çox ayədə bir mövzuya diqqət çəkər, izah edər, daha sonra əmr və ya qadağan edər. Bu, insanlığın Qurana görə tərbiyə müddəti nəzərə alınaraq həyata keçiriləcəksə eyni yolun izlənməsinin vacibliyinə də bir dəlildir.

Quran insanı tərbiyə edərkən "üç mərhələli" bir yol təqib edir.
1. Zehnin tərbiyəsi.
2. Qəlbin tərbiyəsi.
3. Əməllərin (həyatın) tərbiyəsi.

Quran bu mərhələləri həyatımıza tətbiq etdirərkən əsla tələsmir, hər zaman tədrici bir üslubdan istifadə edir. Unutulmamalıdır ki, Quran tərbiyə prosesini 23 ildə tamamlamışdır. Baxmayaraq ki, ilk muxatabı olan Rəsulullah kainatın ən əxlaqlı, ən gözəl insanı idi. Dəyişim, tərbiyə və kamilləşmə asan deyil. Çünki insan təbiətcə hər cür dəyişimə etiraz edir. Alışqanlıqları və "yanlış bilgiləri" insana mənfi təsir göstərir. Ağıl eşitdiklərinə asta - asta inanır, məntiqinə varır və yumuşalır. Bu yumuşalmanın nəticəsi olaraq da zehində dəyişilik baş verir. Məhz bu da tərbiyə prosesinin varılmaq istənildiyi məqamdır. Çünki bütün dəyişimlər ancaq zehinlə başlayar. Zehn iman etdikdən sonra qəlb və əməl də tərbiyə prosesini başladar.

Zehnin tərbiyəsi
Zehin; insan nəslinin, beyni və ağlı ilə həyata keçirdiyi bütün təfəkkür, təsəvvür,... anlamaq və qavramaq fəaliyyətlərinin hamısına birdən verilən addır. İnsanı bir şeylərə sövq edən və onu yönləndirən iki mexanizim var: bunlardan birincisi zehin, ikincisi isə qəlbdir. Zehin doğru və düzgün olarsa insanın qəlbi də doğru və düzgün olacaq. Əgər zehində kirlənmələr və şübhələr (xəstəliklər) baş qaldırırsa artıq ikinci idarə mexanizmi olan qəlbdə bə kirlənmələr və xəstəliklər yaranmağa başlayacaqdır.

Məhz buna görə də Rəhman, insanı tərbiyə prosesinə ağılın və təsəvvürün problemlərini və yanlışlarını düzəldərək başlamışdır. Bir insanın zehnindəki doğru bilgilər əskiksə ya nəfsindəkindən, ya da xəyalındakından danışmağa başlayar. Bu da insanın həlakını gətiri. Rəhman insanların zehnini tərbiyə etmək və işə doğru zehin inşasından başlamaq istədiyi üçün;

"Oxu, yaradan Rəbbinin adı ilə" (Ələq, 1)

"Quranı tərtillə (asta-asta, düşünərək) oxu" (Müzzəmil, 4) deyərək, Qurani tərbiyənin hardan başlaması gərəkdiyini açıq şəkildə meydana qoymuşdur.

İnsanın zehnində aydınlıq və həqiqət yoxdursa, oranı qaranlıq və cahillik doldurur. Ona görə insan oxumalı, anlamalı və tərbiyə olunmalıdır. Amma nəyi oxumalı və necə oxumalıdır? Məhz bu iki sual insanı çox düşündürmüşdür. Lakin ayəyə yenidən baxarsaq birinci sual olan "nəyi?" oxumalıyıq sualının insanı Allaha və həqiqətə çatdıracaq bilik və hikmət olduğunu anlaya bilərik. Çünki Allah, bizim oxuyaraq Ondan uzaqlaşmağımızı deyil, əksinə yaxınlaşmağımızı və yola girməyimizi arzu edir. Yenə Rəsulullahın (sas) "Faydasız elmdən Allaha sığınıram" sözündən oxumaqda məqsədin "fayda vermək" olduğu da anlaşılır.
İlk enən ayədəki ikinci diqqət çəkici məqam isə "Rəbbinin adı ilə" ifadəsidir. Bu ifadə ikinci sual olan "necə?" oxumalıyıq sualının cavabını verir. Əgər Allah bir Rəbdirsə, - ki, bu belədir, - o zaman Onun bizi tərbiyə etməsinə izin verərək, lakin mütələq Onun adı ilə, Ona qovuşmaq üçün, Onun dediklərini anlamaq üçün oxumalıyıq. Onun adı anılmadan başlanan hər iş, Hz.Peyğəmbərin də dediyi kimi nöqsandır, qüsurdur.
Ona görə insan Allahın adı ilə, Allah üçün və Allahın onu tərbiyə etməsinə hazır olaraq oxumalıdır. Zehni, Rəhmanın müəyyən etdiyi doğru bilgilərlə tərbiyə edilmiş insanın, artıq qəlbi və həyatı da doğru yol üzrə olacaq. Allahın bizdən istədiyi də budur.

Tərbiyə Edilməməkdə İsrar və Özü-özünə Yetdiyini Sanmaq (müstağni):
Yenə Rəhman, tərbiyənin başı olan "Ələq" surəsində "Xeyir, insan özünü yetərli gördüyü zaman həqiqətən azar" (6 - 7) ayəsində insanın özünü müstağni görməsini; yəni azma səbəbini açıqlayır. İnsanda yetərlilik duyğusu öncə zehində başlayır, orda qəlbinə enir. Qəlbdə "təkəbbür" halını alır, nəticədə virus kimi insanın bütün həyatına təsir edir və onu mıəhv edir. Tərbiyə olunmamaq müstağniliyə, müstağnilik də azğınlığa aparır. Bu xəstəlidən xilas olmanın yolu yenə həmin surənin 12-ci ayəsində deyildiyi kimi təqvadır. Təqvalı olmaq bu virusa qarşı antivirusdur.
Təqva; İnsanda Allaha qarşı qorxub çəkinmə, Allahın hər əmrinə qarşı diqqətli davranmaq, özünü hər cür mənəvi kirlərdən qorumaqdır. Bundan məqsəd isə Allahın rizasızlığından qorxub çəkinməkdir. Əgər insan əməllərinə, dünyagörüşünə və həyatına nəzarət etmədən yaşayarsa daima kirlənəcək, Allahın ona verdiyi ruhu kirlədəcək. Nəticədə də Allahdan və onun rizasından uzaqlaşacaq.

Rəhman, təqvanı insanı örtən əlbisəyə bənzədir:
"Ey Adəm oğulları! Biz sizin ayıb yerlərinizi örtəcək bir əlbisə və sizə süs (bəzək-düzək) qazandıracaq bir geyim endirdik. Təqva ilə örtünmək isə daha xeyirlidir. Bu Allahın ayələrindəndir. Bəlkə düşünüb öyüd alasınız" (Əraf, 26)

Əlbisə, libas insanı, xarici təsirlərdən qoruduğu kimi təqva da insanı mənəvi mənada xaricdən və daxildən ona zərər verə biləcək pisliklərə qarşı qoruyur. Ona görə də Qurani tərbiyə mütləq mənada təqva ilə kamilləşir.

"Şübhəsiz ki, dönüş sadəcə Rəbbinədir" (Ələq, 8)
İçində olduğumuz həyatın çox vaxt bizi ehtiva etdiyini və bir yerlərə doğru sürükləyib apardığını dərk etmirik. Lakin insan bu dünyada qonaqdır və dönəcəyi yer də Rəbbinin yanıdır. Əgər qul, özünü həyatın bu baş döndürən axarına buraxar və əvvəlcə gedəcəyi yeri, sonra da Allahı unudarsa Allah da onu unudar və bu da insanın mütləq fəlakəti mənasına gələr.

Allah bu böyük təhlükəni bizə xatırlatmaq üçün bizim çox diqqətli və "Allahın tərbiyəsi" içində olmağımızı istəyir. Axirəti unutmadan yaşayan insan, dünyanı olması gərəkən yerə qoyar. Gözündə və könlündə böyütməz, fürsət verməz ki, dünya onu ağuşuna alsın. İnsan harda nə qədər qalacaqsa ora da o qədər önəm və dəyər verməlidir.
Bu, bir axirət tərbiyəsidir.

Zehin tərbiyəsində Haqq-Batil fərqi:
"Və şübhəsiz ki, sən çox böyük bir əxlaq üzərindəsən. Artıq tezliklə görəcəksən və onlar da görəcəklər. Sizdən hansınızın fitnəyə uyub divanə olduğunu. Əlbəttə sənin Rəbbin, kimin Onun yolundan çıxıb azdığını çox yaxşı bilir" (Qələm, 4-7).

"Bu halda yalanlayanlara itaət etmə. Onlar istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər. Bunlardan heç birinə itaət etmə: and içən alçağa, başqalarını pisləyənə, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara. Kobud, fırıldaqçı mal və övlad sahibi oldu deyə ona ayələrimiz oxunduğu zaman "(bunlar) əskilərin əfsanələridi" dedi" (Qələm, 8-15)

Rəhman, ikinci nazil olan Qələm surəsi ilə yaxşılarla pislərin, ağlarla qaraların, aydınlıqla qaranlığın fərqini göstərmək istəyir. Çünki qara rəng ağ rəngə "bir qaşıq" qarışdığında artıq ağ heç bir zaman düm ağ olmayacaq. Artıq "o" kirlənmiş və boz olmağa başlamışdır. Rəhman bunu bildiyi üçün kirlilərlə təmizlərin arasındakı fərqi göstərərək tərbiyə etmişdir. Lakin əsas olan odur ki, ağ rənglər özlərini "təqva" ilə mühafizə edərək, yavaş-yavaş öz rənglərindən qara rənglərə versin və onların da get-gedə onun kimi ağ olmasını təmin etsinlər. İmanı tərbiyə də bunu gərəkdirir...

Tərbiyədən və Təhsildən Uzaqlaşmamaq:
"İndi sən Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus) kimi olma. O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi. Əgər Rəbbindən bir nemət ona çatmasaydı mütləq qınanmış və çılpaq bir halda atılmış olacaqdır" (Qələm, 48-49)

Tərbiyə prosesi çətin və zəhmətlidir. Bəzən biz özümüz tərbiyə prosesinə başlamış olsaq belə, ətrafımızı tərbiyə etmək çətin və hətta imkansızdır. İnsan belə bir vəziyyətdə ümidsizliyə və pessimizmə düşmədən yolunu səbirlə və sabitliklə, Hz. Nuhun (a.s) dayanıqlılığıyla davam etdirməlidir. Rəhmanın bizdən gözlədiyi də budur.

"Allaha söz vermişdilər; Allaha verilən söz isə (ağır bir) məsuliyyətdir" (Əhzab, 15)

"Möminlərdən elələri vardır ki, Allah ilə bağladıqları əhdə sadiq qalarlar; beləcə onlardan bəzisi əhdini gerçəkləşdirdi, bəzisi də gözləyirlər. Onlar (əhdlərini) əsla dəyişdirmədilər" (Əhzab, 23)

İman etdiyini söyləmək, Rəhmana bir növ ağır bir söz verməkdir. Söz vermək zehin və qəlbin işidir. İnsan haqq və faydalı olduğuna inandığı bir sözü verir. Lakin insan çox vaxt söz verdiyi zamankı halı üzrə olmaz. Çünki insan yaşadıqca həyatına bir çox yad təsəvvürlər dolar. Əvvəlcə onlara dönüb baxmaz. Lakin onlar həyatına girməyə davam edər. Əvvəllər çox da etibar etmədiyi bu düşüncələrə, sonralar "əcaba" deyərək yaxınlaşar. Dəyişimin ilk başlanğıc yeri məhz buradır. İnsan zehnində buna çox da əhəmiyyət verməz, lakin bu hissə əsas qırılma nöqtəsidir. Çünki zehin batilin haqlı ola biləcəyinə inanmağa başladığında artıq özü olmaqdan uzaqlaşmağa başlamışdır. Deməli yavaş-yavaş geri dönülməsi asan olmayan bir yola girmişdir.

Rəhman, insanın inancının inkişafa açıq, lakin mənfi istiqamətə dəyişimə qapalı olmasını istəyər.

Rəhman, Ona verilə sözlərə sədaqət göstərməyimizi istəyər.

Rəhman bizim özümüzü nəzarətdə saxlamağımızı istəyir. İnsan bütün bunları yalnız İlahi hədəflərdə israr, "şərtlərə görə şəkil dəyişdirməmək" anlayışı ilə və komplekslərindən xilas olduğunda bacara bilər. Çünki komplekslər pozulmaların əsas qaynağıdır.

Komplekslər və iradəsizliyimiz, şəxsi qüsurlarımızdır. İnsan bunları özünə diqqələ baxarsa görə bilər. Lakin gördüyü və dərk etdiyi xəstəliklərini örtməməli, əksinə onları düzəltməyə çalışmalıdır. Düzəldilməyən bütün problemlər böyüyər və bizi sanki sarmaşıqlar kimi sararlar. Şeytanın da ən çox sevdiyi hal məhz budur: nəfsinə yox deməyi bacarmayan insan özünü itirər.

Rəhman bizi Kitabına sarılaraq yaşayanlardan etsin.

Ayaqları və qəlbləri Onun yolunda sabit olanlardan eləsin.

Amin!


Tarix: 05.01.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1567 Bölmə: Quran Haqqında