beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyin sirrləri Quran işığında

Ürək sadəcə bədəndə qanın dövr etməsini təmin edən bir orqan deyildir. Başqa vəzifələri də vardır.
Alimlərin son araşdırmalarından sonra məlum olub ki, ürəyin içində 40000-ə yaxın sinir hüceyrəsindən ibarət olan bir beyin mərkəzi yerləşir.
Ürəkdəki bu beyin mərkəzi baş beynin təyin edəcəyi vəzifələrin istiqamətləndirmə funksiyasını daşıyır.
Bu haqqda Qurani-Kərim belə buyurur: “Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).” Həcc-46.
Bu ayə təsdiq edir ki, ürək düşünür, başa düşür və dərk edir.
Bütün bunlar bir daha düşünməyə vadar edir ki, həqiqətən də Allah böyük hikmət sahibidir!


Tarix: 08.01.2013 / 11:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Quran Haqqında